İdmançımız Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb

Kosovonun Priştina şəhərində keçirilən ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında Avropa birinciliyində Fəxrəddin Allahverdiyev (85 kq) birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərərək hər iki hərəkətdə gümüş medal qazanıb. Yekunda 272 kq nəticə göstərən idmançımız iki hərəkətin cəmində də gümüş medala sahib olub.

Beləliklə, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.

Qeyd edək ki, uğurlu nəticələri ilə seçilən Fəxrəddin Allahverdiyev Şərur Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir.

İdmançımıza gələcək yarışlarda yeni uğurlar arzulayırıq!